Belqorod kütləvi raket hücumuna məruz qalıb | VİDEO

Belqorod kütləvi raket hücumuna məruz qalıb     | VİDEO
  19 Fevral 2026    Oxunub:734
Raket hücumu nəticəsində Rusiyanın Belqorod şəhərinin enerji infrastrukturuna ziyan dəyib.
AzVision.az xəbər verir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun yaydığı məlumatda belə deyilir.

“Belqorodun enerji obyektlərinə daha bir kütləvi raket hücumu. Ciddi ziyan var. Elektrik və istilik sistemində qismən itkilər müşahidə edirik, ona görə də hazırda araşdırma aparırıq”, - Qladkov öz Telegram-kanalında paylaşım edib.

Yerli telekanallar şəhərin bir neçə ərazisində və yaxınlıqdakı iki kənddə elektrik enerjisinin kəsildiyini bildirib. “Pepel” kanalının məlumatına görə, Belqorod İstilik Elektrik Stansiyasının ərazisində yerləşən Donetsk yarımstansiyasına zərbə endirilib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Belqorod   zərbələr  



Xəbər lenti